image-n1karobka_ads
image-123
image-9640d53b1daf23d9b9b76cf11b6b81a8backend

Alla Puqaçova Rusiyaya qayıtdı – VİDEO

image-ad_qayo_720x110px

73 yaşlı Alla Puqaçova nəhayət vətəninə qayıdıb. Bu barədə məşhur rusiyalı aparıcı İqor Qulyayev kadrlar paylaşıb.

Görüntülərdə dizaynerin öz sevimli rəfiqəsini qarşılaması əks olunub.

“Gözlərimə inana bilmirəm, doğrudanmı belədir?” – sözlərinə Alla Puqaçova təbəssümlə cavab verir:

“Uzun müddətdir, ancaq heç cür toparlana bilmirdim. Sən oxuyurdun ki, mən burada deyiləm, elə deyilmi?”

Görünür, Puqaçova vəd etdiyi kimi, uşaqları Harri və Lizanın dərs ilinin başlaması ilə bağlı Rusiyaya qayıdıb.

“Öz başımda və sizin başınızda hər şeyi sahmana salacağam”, – deyə ifaçı yerli mətbuata açıqlamasında qeyd edib.

Xatırladaq ki, sənətçinin ailəsi son altı ayı əvvəlcə İsraildə, sonra isə Latviyada keçirib.//Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki