image-n1karobka_ads
image-123
image-17603399064131540716_1200x630backend

Anar Bayramov Qusar və Quba sakinlərini qəbul edəcək

image-ad_qayo_720x110px

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Anar Bayramov 2025-ci il oktyabrın 22-də Qusarda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.

Doğru.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əks olunan məsələlərin həlli ilə bağlı tədbirlər görüləcək.

Vətəndaşlar oktyabrın 13-17-si arasında nazirliyə rəsmi şəkildə info@sosial.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbula yazılmış vətəndaşlar əvvəlcədən tərtib olunmuş siyahı əsasında qəbul ediləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki