image-n1karobka_ads
image-123
image-yqzp8bokm2ca6r4qy06swoj8inatelianyhxqzug_1200backend

Anar Ələkbərov Ömər Eldarovu evində ziyarət edib

image-ad_qayo_720x110px

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, tanınmış heykəltaraş, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.

Doğru.az xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“98 – kimsə üçün sadəcə bir rəqəmdir. Ömər müəllim üçün isə bu, nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur. Bu illəri Siz şərəf və ləyaqətlə yaşamısınız – təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz. Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun. Doğum gününüz mübarək, Sənətkar!”

Qeyd edək ki, Ömər Eldarov Azərbaycan incəsənətində silinməz iz qoymuş görkəmli sənətkarlardan biridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki