Amerikalı aktrisa Ancelina Colinin sürücüsü Dmitri Pişçikov şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün TCC əməkdaşları tərəfindən saxlanılıb.
Doğru.az xəbər verir ki, STRANA.ua bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına istinadən məlumat yayıb.
Məlumata görə, Pişçikov çağırışçı statusunu müəyyən etmək üçün hərbi komissarlığa aparılıb. Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında bildirilib:
“Araşdırma zamanı məlum olub ki, o, ehtiyatda olan zabitdir və səfərbərlikdən möhlət üçün təsdiq edilmiş əsası yoxdur”.
Qeyd olunur ki, onun yalnız arxa cəbhədə xidmətə yararlı olduğunu göstərən tibbi arayışı olub.
Daha əvvəl bildirilmişdi ki, Pişçikov Kropivnitskidən olan döyüş sambosu üzrə məşqçidir. STRANA.ua yazır ki, hərbi komissarlıq əməkdaşları onu “səfərbər ediblər”. Məlumata görə, Ancelina Coli sürücüsünü “xilas etmək” üçün şəxsən ticarət mərkəzinə gedib.
DOĞRU.AZ




























