Ankara Klinikdə Nur Uşaq Evində yaşayan uşaqlar üçün xeyriyyə məqsədli, ödənişsiz sünnət əməliyyatı uğurla həyata keçirilib.
Doğru.az xəbər verir ki, humanitar aksiya çərçivəsində uşaqlar peşəkar həkim heyəti tərəfindən müayinə olunub və tibbi prosedurlar yüksək standartlara uyğun şəkildə icra edilib. Aksiyanın təşkilində iştirak edən bütün həkimlərə, tibb personalına və təşkilati heyətə təşəkkür bildirilib.
Qeyd olunub ki, uşaqların sağlamlığı və gələcəyi naminə atılan bu addımlar Ankara Klinik üçün böyük qürur mənbəyidir. Klinik gələcəkdə də sosial məsuliyyət layihələrində fəal iştirak edərək cəmiyyətə töhfə verməyi planlaşdırır.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi 155 (Xudafərin Şadlıq Sarayı ilə üzbəüz)
Əlaqə nömrəsi: +994 10 236 10 62
WhatsApp: +994 99 816 18 83
DOĞRU.AZ




























