Apple patent problemləri səbəbindən yeni Series 9 və Ultra 2 smart saatlarında qan oksigen səviyyəsinin ölçülməsi funksiyasını istisna edə bilər.
Bu barədə Bloomberg Masimoya istinadən yazır.
Apple və Masimo arasındakı hüquqi mübahisə qanda oksigen səviyyəsini ölçmək üçün istifadə edilən pulseoksimetriya texnologiyasını əhatə edir. Keçən il Beynəlxalq Ticarət Komissiyası (ITC) Apple saatlarının Masimonun patentini pozduğunu müəyyən etdi və şirkət cihazların satışını dayandırmağa məcbur oldu. Apple müraciət edib satışları bərpa etsə də, pulseoksimetriya texnologiyasından istifadəni dayandırmaq qərarına gəlib.
Mənbə: Haberler.com