image-2000x150px
image-123
image-ads_atlas
image-16420663781729643017_367x266backend

“Arcom Group” MMC bu günədək həyata keçirdiyi layihələrdə peşəkar yanaşması ilə keyfiyyətli və uğurlu işlərə imza atır

image-728x90px

Bu günədək həyata keçirdiyi layihələrdə peşəkar yanaşması ilə keyfiyyətli və uğurlu işlərə imza atan “Arcom Group” MMC 2016-cı ildə təsis olunub. Yaşayış və qeyri-yaşayış binalarının, sənaye obyektlərinin tikintisi, infrastruktur təchizatı sahələrində fəaliyyət göstərən şirkət, eyni zamanda, layihələndirmə və sənədləşmə, təmir-bərpa, interyer və landşaft dizaynı, istismara hazırlıq kimi işlərin icrasını da həyata keçirir.

AZƏRTAC xəbər verir ki, istənilən sahədə olduğu kimi tikinti sektorunda da keyfiyyət ən önəmli meyarlardan biridir və bütün iş proseslərinə peşəkar yanaşma ilə meydana çıxır. Müasir tələblərə və yüksək standartlara cavab verən materiallardan istifadə, həmçinin peşəkar komandaya sahib olması “Arcom Group” MMC-ni qısa müddət ərzində böyük tikinti şirkətinə çevirib. Fəaliyyət sahəsindən asılı olmayaraq, şirkət daim yenilənən müasir və yaradıcı həll təkliflərini hərtərəfli inkişaf etdirərək müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək üçün çalışır.
“Arcom Group” MMC-nin Binə qəsəbəsində yerləşən, müasir memarlıq nümunələrindən biri olan 3 mərtəbəli qeyri-yaşayış binası xüsusi olaraq modern üslubda layihələndirilib. Kommersiya məqsədilə istifadəyə veriləcək binanın tikinti işləri sürətlə davam edir.
Şirkət, həmçinin Badamdar qəsəbəsində 5 mərtəbəli yaşayış binası inşa etməkdədir. Belə ki, şəhərin mərkəzinə yaxın və ekoloji cəhətdən ən təmiz yerlərdən biri hesab olunan Badamdar qəsəbəsi ideal infrastruktura sahibdir. Əlverişli yerləşmə mövqeyi bu kompleksi yaşayış üçün ən uyğun məkana çevirir. Kompleksdə mərtəbə sayının çox olmaması binanın gələcək sakinləri üçün daha bir üstünlük yaradır.
“Arcom Group” MMC, eyni zamanda, əsasən ticari məqsədlə istifadəsi nəzərdə tutulan obyektlərin yerləşdiyi Zabrat qəsəbəsində anbar kompleksi layihələndirib. Anbarın bütün ərazisini 24 saat izləyən müşahidə kameraları burada təhlükəsizliyi ən yüksək səviyyədə təmin edəcək.

Bütün bunlarla yanaşı, şirkət həm də fəaliyyət sahəsini genişləndirərək, paytaxt şəhərdən kənar Göygöl rayonunda kanal çəkilişi ilə bağlı layihə həyata keçirməkdədir.
“Arcom Group” MMC tikinti sahəsində bir-birindən fərqli layihələrlə ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafında rol almaq üçün daim çalışmağı hədəfləyib. Təsadüf deyil ki, bu gün Azərbaycan cəmiyyətində sahibkarlıq fəaliyyətinə yaranmış inam və təsis edilən gənc şirkətlərin sayının davamlı şəkildə artması möhtərəm Prezidentimizin ölkə iqtisadiyyatında apardığı əhatəli islahatların ən uğurlu nəticəsidir. Prezidentimizin bu əsaslı islahatlarını özünə rəhbər tutan “Arcom Group” MMC gələcək fəaliyyətini genişləndirərək daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.

DOĞRU.AZ

https://www.facebook.com/arcomgroupmmc/

image-1642066417653524311_750x500 image-1642066417368218683_750x500 image-164206641735936805_750x500 image-1642066417683356636_750x500 image-16420676953654761385_750x500 image-1642066417629993362_750x500

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki