image-n1karobka_ads
image-123
Aşıq Namiq Fərhadoğlu özü-özünü ifşa etdi -VİDEObackend

Aşıq Namiq Fərhadoğlu özü-özünü ifşa etdi -VİDEO

image-ad_qayo_720x110px

Azərbaycan hər bir sahədə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də istər ölkə daxilində istərsə də, dünya arenasında uğurlu imzasını atıbdır. Muğam, aşıq sənəti, rəssamlıq bu siyahını artırmaqda olar bir sözlə mədəniyyət və incəsənətimizin bir çox sahələri və şah əsərlərimiz dəyərli sənətçilərimiz tərəfindən bir sıra ölkələrin mədəniyyət saraylarında təbliğ olunaraq, geniş tamaşaçı auditoriyası qazanıbdır.

Mən bu yazımda Azərbaycan mədəniyyətinin və incəsənətinin tarixi kökündən danışmayacam. Çünki, mədəniyyət və incəsənətimizin tarixi hər zaman tarixçilər, musiqişünaslar tərəfindən araşdırılaraq, nəşirlər, video çarxlar vasitəsilə xalqa çatdırılır. Qələmə aldığım bu köşə yazımda Azərbaycan incəsənətinə kölgə salan şəxsdən sizə söhbət açacam. Həmin şəxs artıq televiziya kanallarından gözəl tanıdığınız insan Aşıq Namiq Fərhadoğludur ( (Namiq Hüseynov).

Mən yazımda onun aşıq yaradıcılığından danışmayacam. Sənətçimizi tanıyan tanıyır, tanımaq istəyəndə bu yazıdan sonra məncə tanımaq istəməyəcək. Son günlər sosial şəbəkələrdə bir nəfərlə onun telefon danışığının səs yazısının tırajlandığının şahidi olduq. Aşıqlıq sənətini təbliğ edən sənətçimiz televiziya kanallarımızda lahiyəsi ilə hər dəfə gənc aşıqları efirə çıxararaq, xalqa tanıtmağı öz yolunda hədəf nöqtəsi seçibdir. Düzdür bilikli və bacarıqlı gənc aşıqları efirə çıxarmaqla onları tanıtmaq alqışa layiqdir.

Hamıya bəllidir ki, sənətçinin telelahiyəsində müsabiqəyə qatılan aşıqlarımız SMS vasitəsi ilə birinci olmaq uğrunda mübarizə aparırlar. Qalib isə sonda supiriz hədiyyə ilə mükafatlandırılır. Bu yazdıqlarım sizin efir vasitəsi ilə hər şeyin düzgün olduğuna inandığınız bir hissədir.Telelahiyənin digər görünməyən hissəsini isə Aşıq Namiq Fərhadoğlu yayılan səs yazısında bildiribdir. Necə deyərlər özünü ifşa edərək. Bəli el dilə desək Aşıq Namiq Fərhadoğlu özü-özünü yandırıbdır. “Doğru”.az olaraq, biz sizə həmin səs yazısını olduğu kimi təqdim edəcəyik.Onu diqqətə çatdırım ki, öz gözəl səsi və ifaçılığı ilə könülləri oxşayan gənclərimiz qalır kənarda amma, rüşvət hesabına səsi, bacarığı olmayanlar olurlar birinci.Adında qoyurlar ki, SMS vasitəsi ilə qalib oldu.Burda itirən isə inanıb SMS-lə səs göndərən xalqımın zəhmətkeş insanları olur. Səs göndərirlər amma, telelahiyəyə qoşulan bacarıqlı dostu, qohumu, tanışı isə qalib olmur.

Ancaq, qazanan üç tərəf olur. Aşıq Namiq Fərhadoğlu kimi lahiyə rəhbəri və televiziya, sponsor rəhbərləri. Aşıq Namiq Fərhadoğlu savadlını kənar edib, bacarığı olmayandan rüşvət tələb edərək, onu birinci edir. Neçə bilikli gənclərə SMS göndərənlərin cibinə girir. Görəsən, bu haqsızlıq nə vaxta kimi davam edəcək?. Yoxsa ikinci Qarabağ müharibəsi kimi müharibə aparıb rüşvətində kökünü bir dəfəlik kəsmək lazımdır. İnanmıram toxum kimi torpağa səpilən rüşvət anlamı bir dəfəlik yox olsun.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yarandığı gündən məqsəd və amalı cəmiyyətə peşəkar incəsənət xadimləri yetişdirməkdir.

Qeyd edək ki, universitetdə folklor ədəbiyyatını özündə yaşadan aşıqlıq ixtisası da fəaliyyət göstərir. Bu sənətin sirlərini pedoqoqlardan öyrənən gənc aşıqlarımız peşələrini düzgün şəkildə öyrənərək, sayılıb-seçilən aşıq kimi tanınmağı qarşılarına məqsəd qoyurlar. Ancaq, rüşvət hesabına efirdə qalib olub, tanınan aşıqlarımız peşəkarların yollarına sədd çəkirlər. Əgər Aşıq Namiq Fərhadoğlu pul alaraq, kimisə qalib edəcəkdisə, onda “Aşıq Sənəti” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində niyə tədris olunurdu?. Aşıq Namiq Fərhadoğlu cılız lahiyələri hesabına televiziyalarımızda bu sənətin tarixi kökünə kölgə salır. Bu yazı ilə geniş mətləblərə toxunmaqda olar sadəcə buna nə vaxt nə də, gün yetməz. Hörmətli, Aşıq Namiq Fərhadoğlu unutmayın ki, kimdənsə pul alıb, onu qalib etməklə iş bitmir.Sizə verilən o, rüşvət pulla neçə kənarda qalan istedadlı gənc aşıqlarımızın haqlarını tapdalamış olursunuz.

Əziz oxucular “Doğru.az” olaraq, haqqında söhbət etdiyimiz səs yazısını olduğu kimi sizə təqdim edirik. Aşıq Namiq Fərhadoğlunun bu hərəkətinə qiyməti siz verin.

Səbuhi Eltonlu.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki