image-2000x150px
image-970x50px
“Atam məni xatırlamır” – Lalə Məmmədovabackend

“Atam məni xatırlamır” – Lalə Məmmədova

image-728x90px

“Hələ də valideynlərimlə yaşayıram. Yəqin ki, bundan sonra da onlarla yaşayacam. Çünki ayrı yaşamağı düşünmürəm. Atam xəstədir. Ona mən baxıram”.

Doğru.az “Axşam.az”-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olarkən deyib. Rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandıran müğənni atasının uzun müddətdir alzheiymer xəstəliyindən əziyyət çəkdiyini bildirib:

“Atamda alimlərdə rast gəlinən alzheiymer, yaddaş unutqanlığı xəstəliyi var. Sevdiyiniz insanın arada sizi unutmağı, xatırlamamağı, adınızı belə bilməməyi çox ağırdır. Yaddaşı gedib-gəlir.

Son 2-3 ildə xəstəliyi daha da kəskinləşib. Bir müddət əvvələ qədər dərs deyirdi. Lakin indi demir. O, nə vaxt yerindən qalxsa, ayaq səsinə oyanıram. Baxmayaraq ki, ayrı-ayrı otaqlarda yatırıq. Gecə vaxtı birdən oyanır. Elə ola bilər ki, öz otağını unudub, başqa otağa girsin. Ya da ki, çarpayısını tapa bilməsin. Ona görə də anam və mən hər zaman atamın arxası ilə qaçırıq.

Onun iş kabinetinə girib, kitablara baxıb, amma dərk etməməyi çox ağrılıdr. O kitablar arasında özünün yazdığı nəşrlər, elmi məqalələri də var.
Ən çox Sara Qədimovanın musiqilərini sevir. Elmi işlərinin arasında onun fotolarını kəsib saxlayırdı. “Youtube”dan konsertlərini qoyuram baxır. Musiqilərinə qulaq asanda başını yelləyir. Artıq bilirəm ki, o, musiqini xatırlayır.

Bəzən keçmişlə bağlı sual verəndə məni də xatırlayır. Yadına salmağa çalışır. Amma artıq ağrı-acısını dili ilə deyə bilmir ki, filan yerim ağrıyır”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki