Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların faktiki olaraq dayandırıldığını elan edib.
RİA Novosti bu barədə AK-nin namizəd ölkələrin Aİ-yə daxil olmaq üçün tövsiyələrin icrasında irəliləyişinə dair hesabatına istinadən yazır.
Sənəddə Avropa Komissiyası Gürcüstanda keçirilən parlament seçkilərini, Rusiya, Belarus və İrana qarşı sanksiyaları dəstəkləmək istəməməsini, həmçinin Aİ ilə bağlı “dezinformasiya rəvayətlərini” tənqid edib.
“Parlament seçkiləri ərəfəsində rəsmi şəxslər və hökumətlə əlaqəli media da daxil olmaqla dezinformasiya xarakterli rəvayətlər gücləndi”, hesabatda deyilir.
Bundan əvvəl İsveçin Gürcüstan hakimiyyəti ilə birbaşa əməkdaşlığı dayandırdığı bildirilirdi.
DOĞRU.AZ