image-2000x150px
image-123
image-ads_atlas
image-3c735773-9b20-4deb-ae2b-20105ae9826d-450x250backend

Azad olunmuş əraziyə keçmək istəyən şəxs maşınla polisi vurub qaçdı

image-728x90px

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

DOĞRU.AZ 

Araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki