AZAL Hava Yolları rəsmi açıqlamasında bildirib ki, onun təyyarəsi Qazaxıstanın Aktau şəhərində “kənar fiziki və texniki müdaxilə” nəticəsində qəzaya uğrayıb.
Öz hesabatında şirkət Embraer 190 qəzası ilə bağlı “tədqiqatın ilkin nəticələrinə” əsaslanır.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər ölüb.
Hazırda Azərbaycan Baş Prokurorluğunun bir qrup əməkdaşı Qroznıya ezam olunub və Rusiya Federasiyası Baş Prokurorluğundakı həmkarları ilə birgə istintaq hərəkətləri aparır.
Federal Hava Nəqliyyatı Agentliyinin bildirdiyinə görə, təyyarənin qəzaya uğradığı saatlarda Qroznı bölgəsində Ukrayna pilotsuz uçan aparatlarının terror hücumları səbəbindən “ Xalça” planı tətbiq edilib.
DOĞRU.AZ