İndi biz ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük. Biz Vaşinqtondan müsbət mesajları alırıq, o cümlədən Azərbaycanın da buna mesajları çox müsbətdir. Bizim tərəfdaşlığımızın çox zəngin tarixi var.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Biz Prezident Trampın Cənubi Qafqazda gedən proseslərdə fəal iştirak etdiyini görürük. O, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılması üçün böyük iş görür. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.
DOĞRU.AZ