image-ads_n1karobka_mobile
image-17562738162748251617_1200x630backend

Azərbaycan Prezidenti: Vaşinqtonda imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan-ABŞ münasibətlərini ciddi şəkildə pisləşdirər

image-add-a-heading

Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan – red.) poza bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində səsləndirib.

“Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki