image-n1karobka_ads
image-123
image-17527423862884857740_1200x630backend

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü – Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

DOĞRU.AZ

image-17527423862720157661_1200x630 image-17527423861734138627_1200x630 image-17527423866088144516_1200x630 image-17527423863243513634_1200x630 image-17527423862433714577_1200x630 image-1752742386397351877_1200x630 image-17527423864332234040_1200x630 image-17527423862285624450_1200x630 image-17527423866355651788_1200x630 image-1752742386196556160_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki