image-n1karobka_ads
image-123
image-17544669703557312093_1200x630backend

Azərbaycan Prezidenti Yamaykanın Baş nazirini təbrik edib

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu il Azərbaycan ilə Yamayka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib.

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki