image-2000x150px
image-123
image-ads_atlas
image-cdba9970-1f6b-4e38-ae71-a4c9cc871e55backend

Azərbaycan və BƏƏ arasında Biznes Şurası yaradılacaq – FOTO

image-728x90px

“Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair Protokol imzaladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində məlumat yayıb:

“Sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə BiznesŞurası və işçi qruplar yaradılacaq”.

“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, – o qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki