Azərbaycan ilə Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunub.
Doğru.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov latviyalı səfir Edqars Skuya ilə görüşdə birgə işçi qrupun yaradılması və aqrar sektor üzrə əlaqələrin genişləndirilməsi imkanlarını nəzərdən keçirib. Görüşdə məhsul ixracı, ticarət dövriyyəsi, texnologiya transferi, elmi-tədqiqat və təcrübə proqramları kimi sahələr üzrə konkret addımların atılması təklif olunub.
Latviyalı diplomat ölkəsinin Azərbaycanın aqrar potensialına maraq göstərdiyini bildirib və qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb.
DOĞRU.AZ