image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edirbackend

Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edir

image-728x90px

“Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır”.

Doğru.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşıb.

O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: “Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər.

Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki