image-2000x150px
image-123
image-ads_atlas
image-afae407a793481fb758c4e9fc7f2fbd2-1backend

Azərbaycanın dövlət büdcəsində cari xərclər artırılır

image-728x90px

Azərbaycanın gələnilki dövlət büdcəsinin xərclərinin 20 milyard 062,2 milyon manatını və yaxud 67,1 %-ni cari xərclər təşkil edəcək.

“Report”un xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 11,3 % çoxdur.

Büdcə xərclərinin 8 milyard 024,8 milyon manatı və yaxud 26,9 %-i isə əsaslı xərclər olacaq. Bu isə illik müqayisədə 3,5 % azdır.

Gələn il dövlət borcuna xidmətlə bağlı xərclərə isə bu illə müqayisədə 18,55 % az – 1 milyard 792 milyon manat yönəldiləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki