Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, həmçinin “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Doğru.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
DOĞRU.AZ





























