image-2000x150px
image-3893434backend

“Azəriqaz” növbəti ildən sayğaclarda yenilik edəcək – RƏSMİ

image-728x90px

“2021-ci ildən ölkədə ağıllı sayğacların tətbiqinə başlanılıb və hazırda 50-ə yaxın MTK-da ağıllı sayğacların quraşdırılması prosesi başa çatıb”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, Birlik 2022-ci ildən tətbiq ediləcək yeni layihə üzərində işləyib və artıq effektli nəticə alıb:

“2021-ci ildə tətbiq etdiyimiz sayğaclar vasitəsilə radiodalğalar ilə kənardan sayğacın oxunmasını reallaşdırmaq mümkün idisə, artıq 2022-ci ildən sayğaclara yerləşdiriləcək sim-kart vasitəsilə həm sayğacların oxunuşu, borca görə qazın dayandırılması həyata keçiriləcək, həm də əvvəldən ödənişli sayğaclardakı kimi abonent ödənişi əvvəlcədən həyata keçirə biləcək və həmin ödənişə uyğun da qazla təmin ediləcək”.

Ruslan Əliyev qeyd edib ki, bu pilot layihədir və layihə ilə bağlı tender proseslərinə start verilib:

“2022-ci il birinci rübün sonu və ya ikinci rübün əvvəlində müqavilə şərtləri uyğunlaşdırılacaq və qiymət məlum olacaq. Hazırda isə mexaniki sayğaclar 26 dollara, smart-kart tipli sayğaclar isə 3 dəfə baha başa gəlir”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki