“Evimizə gəldik” rubrikasının növbəti qonağı Xocalı rayonunun Badara kənd sakini, 1965-ci il təvəllüdlü Vidadi Mehraliyevdir. Uzun illərin həsrətindən sonra doğma yurda qayıdan Vidadi Mehraliyev həyət-bacısında yenidən qurulan həyatını, torpağın nəfəsini və arıçılıq təsərrüfatını bizimlə bölüşüb.
Doğru.az xəbər verir ki, Badara kəndində yaradılan müasir infrastruktur və dövlətin göstərdiyi dəstək sakinlərə yeni nəfəs və başlanğıc bəxş edib. Vidadi Mehraliyev ailəsi ilə birlikdə kəndə qayıdaraq 20-dən çox arı yeşiyindən ibarət təsərrüfat qurub. Badaranın təmiz havası, zəngin bitki örtüyü və əlverişli iqlimi arıçılıq üçün ideal şərait yaradır. Mehralıyev təsərrüfatını gələcəkdə daha da genişləndirməyi planlaşdırır.
Xocalı rayonunun Badara kəndi 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində işğaldan azad edilib. Dövlətin bərpa və yenidənqurma işləri sayəsində kəndə ilk köç bu ilin sentyabr ayında həyata keçirilib və mərhələli şəkildə davam edir.
DOĞRU.AZ





























