“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 18-də Bakı–Ağstafa, oktyabrın 19-da isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Doğru.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı–Ağstafa və Ağstafa–Bakı istiqamətlərində əlavə reyslər, eləcə də hər gün Bakı–Qazax–Bakı marşrutu üzrə səfərlər təşkil olunur.
DOĞRU.AZ