image-n1karobka_ads
image-123
image-fb_img_1763915285712backend

Bakı-Qazax yolunda sıxlığın aradan qaldırılması üçün tədbirlər gücləndirilib – VİDEO

image-ad_qayo_720x110px

Bakı-Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Doğru.az-a bildirib ki, sözügedən əraziyə əlavə YPX naryad qrupları cəlb olunub. Yol polisi əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Onun sözlərinə görə, hazırda nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür və proses nəzarətdə saxlanılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki