Doğru.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.
Nazirin müvafiq əmrinə görə, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib. Bu vəzifəyə kimi Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.
Təhsil nazirinin növbəti əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.
BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.


