image-n1karobka_ads
image-123
image-trend_su_waterbackend

Bakı və ətraf rayonlarda su təchizatında müvəqqəti fasilələr olacaq

image-ad_qayo_720x110px

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə aparılacaq işlər çərçivəsində noyabrın 25-dən 29-dək Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilmə rejimində dəyişikliklər ediləcək.

Doğru.az xəbər verir ki, bununla əlaqədar su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında mümkün su çatışmazlığının qarşısının alınması məqsədilə icra olunan davamlı tədbirlərdən biridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki