Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar Bakı və Sumqayıt şəhərləri, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, intensiv yağış səbəbindən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunub.
Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara kömək göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin olunur. Küçə və prospektlərdə polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri davam edir.
DOĞRU.AZ





























