image-2000x150px
image-123
image-ads_atlas
image-5311356backend

Bakıda 500 manata 1 kq alça satılır – VİDEO

image-728x90px

Mövsümlə əlaqədar qiyməti bahalaşsa da, hər kəs bazara üz tutub meyvə alır. Çünki, orqanizm üçün ən faydalı nemətlərdəndir meyvə-tərəvəzlər. Ancaq hazırda satışda elə meyvələrdə var ki, qiymətinə yaxın düşmək mümkün deyil. Məsələn alça. Kiloqramı nə az nə çox düz 500 manata satılır bu meyvənin. Hansı ki, mövsüm vaxtı alçanı 2-3 manata da ala bilirik. Qiymətləri od-tutub yanan təkcə alça deyil. Bazarda 70-80 manata satılan üzüm sortları da var. 

Satıcılar deyir ki, bu cür meyvələr əsasən xaricdən idxal olunur. Ancaq istixana şəraitində yetişdirilən yerli meyvələrin də qiyməti ucuz deyil.

İstixana təsərrüfatı ilə məşğul olan Mürvət Həsənli isə bildirir ki, bu məhsullar mövsümü qabaqladığı üçün onları daha baha satmaq mümkündür. Təsərrüfatçının sözlərinə görə, istixanada yetişən meyvələrin baha olması həm də belə bağların saxlanma xərcləri ilə bağlıdır.

Mürvət Həsənli bildirir ki, istixana şəraitinə baxmayaraq, meyvələrin yetişdiirlməsində heç bir gübrədən istifadə olunmur. Bu da həmin meyvələrin daha çox saxlana bilməsinə şərait yaradır.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki