image-n1karobka_ads
image-123
image-17250494306366459620_1200x630backend

Bakıda Bəhreyn rəssamlarının əsərlərindən ibarət sərgi açılıb – FOTO

Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

Sonra çıxış edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.

“Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.

DOĞRU.AZ

image-1725049430922857698_1200x630 image-1725049430863217169_1200x630 image-17250494303539442189_1200x630 image-17250494305755127913_1200x630 image-17250494306258144039_1200x630 image-17250494306271153697_1200x630 image-17250494306172735657_1200x630 image-17250494301354432647_1200x630 image-17250494302289345084_1200x630 image-17250494301492827535_1200x630 image-17250494302030758868_1200x630 image-17250494306459054434_1200x630 image-17250494301505765053_1200x630 image-17250494301759836442_1200x630 image-17250494302800156168_1200x630 image-1725049430601103352_1200x630 image-17250494303510215953_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki