image-2000x150px
image-123
image-ads_atlas
image-16807572074760815718_1000x669backend

Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib – FOTO

image-728x90px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 6 və 6a nömrəli ünvanda 400 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə dörd ədəd söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 300 ədəd ağac əkilib, 800 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə havanın çirklənməsinə qarşı “yaşıl sədlər” (“green barriers”) yaradılıb.

Xatırladaq ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki