image-n1karobka_ads
image-123
image-553601backend

Bakıda “çin” maşınlarına tələbat artır

image-ad_qayo_720x110px

Son vaxtlar paytaxt küçələrində kiçik və qənaətcil avtomobillərin – xalq arasında “çin maşınları” adlanan modellərin sayı artıb.

Doğru.az xəbər verir ki, bu tendensiyanın əsas səbəbi yanacaq və texniki xərclərin artması, eləcə də sıx şəhər yollarında manevr imkanlarının daha rahat olmasıdır.

Avtomobil satıcılarının sözlərinə görə, xüsusilə hybrid və mini modellərə maraq son aylarda iki dəfə çoxalıb. Bəzi vətəndaşlar “çin maşınları”nı ikinci nəqliyyat vasitəsi kimi, bəziləri isə gündəlik iş-güc üçün ən münasib variant sayır.

Ekspertlər bildirir ki, bu tip avtomobillər təkcə sərfəli deyil, həm də şəhər içi park problemi yaşayanlar üçün ideal sayılır.

İlqam Cəbiyev

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki