Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçirilir.
Doğru.az xəbər verir ki, tədbir mədəni irsin qorunması və dirçəldilməsini, qayıdış hüququnun təminatını, həmçinin ədalət, barış və sülhə aparan yolu müzakirə etməyi hədəfləyir.
Konfransın məqsədi qayıdış hüququnu mədəni irsin qorunması və bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək və onun qorunması üçün hüquqi, diplomatik və texniki alətləri müəyyənləşdirməkdir.
Tədbirdə “Qayıdış hüququ və mədəni irs: Hüquqi və mənəvi əsaslar”, “Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi” və “Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması” panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və yerli iştirakçı fikir mübadiləsi aparacaq.
DOĞRU.AZ




























