image-2000x150px
image-123
image-ads_atlas
image-1718958312404131515_1200x630backend

Bakıda “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

image-728x90px

İyunun 24-də Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım sərgisi”nə start veriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Doğru.az-a bildirilib ki, bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış ola biləcəklər.

İyunun 26-dək davam edəcək sərgi KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək. Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və digər dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi günlərində “Koroğlu” metro stansiyasından (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3wCsw3B

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki