Paytaxtın əsas magistral yollarında günün bu saatlarında nəqliyyatın intensivliyi artıb.
Doğru.az xəbər verir ki, hazırda bir neçə küçə və prospektdə sıxlıq qeydə alınıb.
Məlumata görə, Bakı–Sumqayıt şossesində, xüsusilə “Xırdalan” dairəsi və “20 Yanvar” stansiyası istiqamətində avtomobil axını güclənib. Ziya Bünyadov prospektinin Alı Mustafayev küçəsi ilə kəsişən hissəsindən başlayaraq “20 Yanvar”a qədər olan ərazidə də tıxac müşahidə edilir.
Alı Mustafayev küçəsi boyunca, həmçinin Tbilisi prospektinin “20 Yanvar”dan mərkəz istiqamətinə doğru hissəsində nəqliyyatın hərəkəti ləngiyir.
Heydər Əliyev prospektində – şəhər mərkəzinə doğru həm əsas yolda, həm də köməkçi yolda sıxlıq davam edir.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ




























