Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırkı vəziyyətlə bağlı məlumat yayıb.
Sıxlıq olan ərazilər bunlardır:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqaməti;
Tbilisi prospekti, “20 Yanvar”dan mərkəz istiqaməti;
Heydər Əliyev prospekti (əsas və köməkçi yollar, mərkəz istiqaməti);
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqaməti;
Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsinə qədər;
Yusif Səfərov küçəsi, mərkəz istiqaməti;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqaməti;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətinə qədər;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqaməti;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsindən mərkəz istiqaməti;
28 May küçəsi, Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər.
DOĞRU.AZ