Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda tıxac olan əsas küçə və prospektlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsindən Atatürk prospektinə qədər;
3. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
4. Sabunçu-Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
5. Qara Qarayev prospekti – “Qara Qarayev” metro stansiyasından “Koroğlu” istiqamətində;
6. Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodundan “Koroğlu” metro stansiyasına qədər;
7. Babək prospekti – mərkəz istiqamətində;
8. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsindən mərkəz istiqamətinə doğru;
9. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər;
10. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
11. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.
Sürücülərdən qeyd olunan istiqamətlərdə hərəkət zamanı diqqətli olmaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ




























