image-2000x150px
image-123
image-ads_atlas
image-4d2673409b3cd69877a75d914e36eca1backend

Bakıya gələn “Popstar”ın ulduzu aeroportdan geri qaytarıldı – Video

image-728x90px

“Popstar”ın ulduzu Barış Kömürcuoğlunun Bakıda keçirilməsi nəzərdə tutulan konserti təxirə düşüb.

Musavat.com-a bu barədə konsertin təşkilatçısı Emin Mənsurov deyib. O bildirib ki, konsertin təxirə salınma səbəbi B. Kömürcüoğlunun vaksin sertifikatının olmamasıdır.

Müğənni ikinci doza peyvənd olunmadığı üçün Türk Hava Yolları onu təyyarəyə buraxmayıb.

Müğənni də sosial şəbəkədə konsertinin təxirə salındığı üçün izləyicilərindən üzr istəyib. O bildirib ki, koronavirus testi versə də, sertifikatı olmadığı üçün təyyarəyə minə bilməyib.

Qeyd edək ki, Barış Kömürcüoğlu bir neçə il öncə müğənni Elnarə Xəlilova ilə “Dayan” adlı duet ifa etmişdi.

O daha sonra musiqisi Eldar Mansurova məxsus olan “Zalim” mahnısını ifa etmiş, Almaniyada lentə alınan klipdə aktrisa Aysel Nazim kamera qarşısına keçmişdi.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki