image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_bc2480d06530b47b27cefe19fc9737c2_w4eb6l8uinak59q3z72sbackend

Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub – FOTOLAR

image-728x90px

Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Balakəndə növbəti reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Obyekt sahibləri, alıcı və satıcıların diqqətinə karantin qaydalarına riayət etmələrinin vacibliyi çatdırılıb, qanunun tələbləri bir daha onlara izah edilib. Tədbir zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan, qaydalara biganə yanaşan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Həmçinin ictimai nəqliyyat vasitələrində qoruyucu maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki