image-n1karobka_ads
image-123
image-17666580605752040843_1200x630backend

Baş nazir AZAL qəzasında həlak olanların məzarlarını ziyarət etdi

image-ad_qayo_720x110px

Baş nazir Əli Əsədov AZAL təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Məlumata görə, Əli Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki