Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev noyabrın 4-də saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrələri ilə, həmçinin contact@prosecutor.gov.az elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkə səhifələri (Instagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
DOĞRU.AZ




























