image-n1karobka_ads
image-123
image-kamran_aliyevbackend

Baş prokuror Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş prokuror Kamran Əliyev 2025-ci il oktyabrın 17-si saat 10:00-da Gəncə Şəhər Prokurorluğunda Gəncə şəhər, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qeydiyyatı və Gəncəyə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət edə, həmçinin Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 telefon nömrələri, contact@prosecutor.gov.az elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə qəbula yazıla bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki