image-n1karobka_ads
image-123
image-17594958542273164104_1200x630backend

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları vətəndaşların qəbulu və müraciətlərinin yerində həll olunmasını təmin etmək məqsədilə tədbirlər görür.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, oktyabrın 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonundan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlər müzakirə olunub. Baş prokuror vətəndaşların müraciətlərinin operativ həlli üçün müvafiq göstərişlər verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki