Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması yol təhlükəsizliyi məsələlərini aktuallaşdırır.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən bildirilib ki, nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi yol qəzalarının baş verməsinə səbəb olur.
Sürücülərə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq, yorğun və yuxusuz halda sükan arxasına keçməmək, ara məsafəsini saxlamaq, sürət həddinə əməl etmək və manevr qaydalarını pozmamaq tövsiyə olunur.
“Yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil, həm də özümüzü və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur”, – məlumatda vurğulanıb.
DOĞRU.AZ




























