Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yağıntılı hava və məhdud görmə şəraiti qəza riskini artırır.
Doğru.az xəbər verir ki, sürücülərin sürət həddini düzgün seçməməsi, enişli-yoxuşlu yollarda ehtiyat tədbirlərinə əməl etməməsi, kəskin manevr və tormozlama kimi davranışlar qəzaların sayına və ağırlığına birbaşa təsir göstərir.
BDYPİ bildirir ki, bu qəzalar nəticəsində ailələr dağılıb, insanlar yaxınlarını itirib. Sürücülər əlverişsiz hava şəraitində məsuliyyətli davranmalı, sürət həddini yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini saxlamalı, nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməli, digər yol iştirakçılarına, xüsusilə piyadalara qarşı ehtiyatlı olmalıdırlar.
“Məlum olsun ki, sükan arxasında verilən hər qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə təsir edir”, – məlumatda qeyd olunub.
DOĞRU.AZ




























