image-n1karobka_ads
image-123
image-172736316643386995_1200x630backend

Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib – FOTO

image-ad_qayo_720x110px

Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin, eləcə də IDEA könüllülərinin iştirakı ilə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sahilyanı təmizlik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29 çərçivəsində keçirilən aksiya Bilgəhdə ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçılarının topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Budəfəki aksiya IDEA İctimai Birliyinin könüllüləri tərəfindən çimərliklərdə həyata keçirilən təmizlik kampaniyaları üzrə rekord miqdarda tullantının toplanması ilə yadda qalıb.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda səylərə cəlb etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

DOĞRU.AZ

image-17273631666294539403_1200x630 image-1727363166594469478_1200x630 image-17273631666092859629_1200x630 image-17273631665545418818_1200x630 image-172736316643386995_1200x630 image-1727363166275959736_1200x630 image-17273631664677041559_1200x630 image-17273631663202032839_1200x630 image-17273631665894318198_1200x630 image-17273631663329862494_1200x630 image-17273631665079145932_1200x630 image-17273631661601531487_1200x630 image-17273631666160063711_1200x630 image-17273631663416048552_1200x630 image-17273631666218947203_1200x630 image-17273631662067727807_1200x630 image-17273631661770412072_1200x630 image-17273631664751456847_1200x630 image-17273631661079052508_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki