image-n1karobka_ads
image-123
image-1758753501416308716_1200x630backend

Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib – FOTO

image-ad_qayo_720x110px

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışdılar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər.

Qeyd edildi ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.

Tədbir panel iclaslarla davam edib.

DOĞRU.AZ

image-17587535013607415798_1200x630 image-1758753501625324503_1200x630 image-17587535012398054111_1200x630 image-17587535013143546680_1200x630 image-17587535012760358188_1200x630 image-17587535015150048553_1200x630 image-17587535012678632127_1200x630 image-17587535013695335138_1200x630 image-17587535014318556973_1200x630 image-1758753501559639880_1200x630 image-17587535012196842303_1200x630 image-17587535012500121651_1200x630 image-1758753501258009044_1200x630 image-17587535015017732695_1200x630 image-1758753501411425488_1200x630 image-17587535015466865522_1200x630 image-1758753501621614867_1200x630 image-17587535014621438780_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki