image-2000x150px
image-img-20211220-wa0006backend

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti görüşü baş tutub

image-728x90px

Doğru.az xəbər verir ki, dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun ilin yekunlarına dair hesabat və qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı növbəti görüşü baş tutub.

Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əqli Mülkiyyət Agentliyinin, Mərkəzi Bankın və özəl sektor nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Qlobal İnnovasiyalar İndeksi üzrə 2021-ci il üzrə göstəricilər təhlil edilib, təkliflər verilib və 2022-ci il ərizndə görüləcək işlərə dair tapşırıqlar verilmişdir.

Qlobal İnnovasiyalar İndeksi üzrə cari vəziyyətin qiymətləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 3.1.1-ci (İKT-lərin əlçatanlığı) və 3.1.2-ci (İKT-lərdən istifadə) subindikatorları üzrə təqdimat baş tutub.

Eyni zamanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiyalar və innovasiyalar işçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planına dair üzv olan dövlət qurumlarının hesabatı dinlənilib.

Görüşün yekununda Texnologiyalar və innovasiyalar işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına dair rəy və təklifləri dinlənilib, üzv dövlət orqanları tərəfindən təkliflərin ən qısa müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsinə dair qərar qəbul edilib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki