image-n1karobka_ads
image-123
image-675ed139ae5ac949ad533cd9backend

Blinken ABŞ-ın Suriyanın yeni hakimiyyət orqanları ilə birbaşa əlaqə saxladığını təsdiqləyib

image-ad_qayo_720x110px

ABŞ administrasiyası Suriyada hakimiyyətə gələn silahlı müxalifətlə birbaşa əlaqə saxlayır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfərindən sonra İordaniyada keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-ın Suriyanın yeni hakimiyyət orqanları ilə təmasda olub-olmaması sualına cavab verən Blinken belə təmasların olduğunu bildirib.

“Biz onlarla əlaqə saxlayırıq. Bunlar birbaşa təmaslardır, bəli”, – TASS Blinkenin sözlərindən sitat gətirir.

Çərşənbə günü, dekabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ Suriyadakı hadisələrdə “geosiyasi oyuncaq” rolunu oynayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki