image-ads_n1karobka_mobile
image-675bf49f02e8bd08844df32abackend

Blinken: ABŞ və Türkiyə Suriyada nizamlanma ilə bağlı razılığa gəliblər

image-add-a-heading

Vaşinqton və Ankara Suriyada nizamlanma məsələsində razılığa gəliblər.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Prezident (Türkiyə) Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər Naziri (Hakan) Fidan ilə apardığımız müzakirələr zamanı Suriyanın gələcəyini görmək üçün atacağımız addımlar barədə geniş şəkildə razılığa gəldik”, – Blinken bildirib.

Bundan əvvəl Ərdoğan Blinkenlə danışıqlar zamanı demişdi ki, Ankara Suriyanın ərazi bütövlüyü və unitar strukturunun qorunmasının tərəfdarıdır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki